`Real Madrid` İspaniya Super Kubokunun 12 qat qalibi olub
17.01.2022 547 0
Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.
"Report"un məlumatına görə, həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı "Kral Fəhd" stadionunda təşkil olunmuş qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.
87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.
Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər