`Qazprom`un Azərbaycanda nümayəndəlik açmasına razılıq verilib
06.10.2017 562 0.0 0

"Qazprom"un Direktorlar Şurası dövlət şirkətinin Azərbaycanda nümayəndəliyinin açılmasına razılıq verib.

 

"Interfax" agentliyinə istinadən xəbər verilir ki, müvafiq qərar Direktorlar Şurası bugünkü iclasında qəbul olunub.

 

"Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

 

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın "mavi yanacaq"la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il "AzMeCo" şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar "Qazprom" və SOCAR arasında aparılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar