Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edəcək. Hazırda meydan sahibləri sonuncu - 8-ci pillədə qərarlaşıbsa, qonaqlar 15 xalla 6-cı sıradadır.
Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 7-də "Səbail", 5-də "Keşlə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "dənizçilər" öndədir - 20:17. Qonaqlar çempionatdakı son 4 görüşdə rəqibinə uduzmayıb. Bayıldakı son üç matçda hər iki komanda qol vurub.
Günün ikinci qarşılaşmasında 23 xalla 5-ci sırada gedən "Sabah" 40 xalla lider olan "Qarabağ"la üz-üzə gələcək. Çempionatdakı əvvəlki 13 oyunun 10-da Ağdam klubu qələbə qazanıb. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində də "köhlən atlar" aşkar üstünlüyə malikdir - 27:5. "Qarabağ” Premyer Liqadakı son 6 oyunda qalib gəlib.
Azərbaycan Premyer Liqası, XIX tur
12 mart (şənbə)
16:45. “Səbail” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”
19:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
Qeyd edək ki, tura 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.