`Qarabağ` reytinq cədvəlində irəliləyib
19.10.2017 833 0.0 0

Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişiklikləri nəticələnib.

 

2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk “100-lüy”ündə yeganə Azərbaycan klubu “Qarabağ”dı. İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib.

 

Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən “Qarabağ” irəliləməyə də müvəffəq olub.

 

Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdi. Təmsilçimiz Hollandiya “Feyenoord”u ilə eyni göstəriciyə malikdi.

 

“Atletiko” ilə qarşılaşmayadək 18,500 xalı olan “Qarabağ” Belarus BATE-si ilə 70-ci yeri bölürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, “Betis”, “Real Sosyedad” və “Selta”nı arxada qoyub.

 

Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə   “Qarabağ”ın 23,225 xalı var.

 

Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya “Real”ı başçılıq edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar