`Qarabağ`ın hücumçusu Türkiyə klubuna keçə bilər
20.01.2022 519 0.0 0

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Türkiyənin "Kocaelispor" klubunun maraq dairəsinə düşüb.

Məlumata görə, seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır.

27 yaşlı forvardın hazırda Ağdam komandasında özünü xoşbəxt hiss etmədiyi və 4 mərkəz hücumçusu ilə rəqabət mühitində klubunu dəyişmək istədiyi bildirilir.

Qeyd olunur ki, Vadjinin adı bu mövsüm ərəfəsində də "Kocaelispor"un transfer gündəmində olub. Lakin həmin vaxt "Qarabağ" Norveçin "Högesunn" klubuna 600 000 avro ödəyərək, onu transfer edib. Təcrübəli hücumçu ilə 2024-cü ilədək müqavilə bağlanılıb.

Xatırladaq ki, İbrahima Vadji 2016 - 2017-ci illərdə Türkiyədə "Qaziantep Büyükşehir"in formasını geyinib. O, cari mövsüm "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 9, UEFA Konfrans Liqasında 6 oyuna çıxıb və ümumilikdə 5 qol vurub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar