`Pula görə saçyolduya çıxırdılar` - Siyavuş Novruzov
07.02.2017 1225 0.0 0

“Bu gün AXCP də, Müsavat da, REAL da, Emin Milli də, Xədicə İsmayıl da eyni funksiyanı yerinə yetirir. Bu adamlara fərqi yoxdur. Bazarda kim daha çox qiymət verirsə, onlara işləyirlər”

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. YAP funksioneri bildirib ki, bunlar üçün dövlət, dövlətçilik, xalqın mənafeyi, gənclərin düzgün tərbiyə olunması heç bir əhəmiyyət daşımır: “Onlar “kimdən çox aldım” prinsipi ilə hərəkət edirlər. Belə adamlar istənilən ölkə ilə əlaqə saxlaya, işləyə və əməkdaşlıq edə bilərlər. Məsələn, Tale Bağırovun Azərbaycan Xalq Cəbhəsi, Əli Kərimli ilə heç bir aidiyyatı yoxdur. Bu adam dini ekstemizmə görə cinayət məsuliyyətinə cəlb olunub. Tale Bağırovu müdafiə edənlər ona pul ayırırdı. Əli Kərimli bu pulu ələ keçirən kimi dərhal ona dəstək verdi. Yaxşı yadımdadır. Vaxtilə Azərbaycanda bir imkanlı şəxs törətdiyi cinayətə görə həbs olunanda hüquq müdafiə təşkilatları, müxalifətçilər onu müdafiə etmək, pul qoparmaq üçün saçyolduya çıxırdılar. Bu insanlar hansısa yetimin, imkansızın, müəllimin, həkimin müdafiəsinə qalxmazlar”. 

S.Novruzov vurğulayıb ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi mövcuddur: “Bütün bunlar, Azərbaycanın inkişafı, ölkədə gedən islahatlar, sosial problemlərin həll olunması, qaçqın və məcburi köçkünlərlə bağlı qəbul edilən qərarlar, Cocuq Mərcanlı kəndinin bərpası ilə qaçqınların hissə-hissə öz yurdlarına geri qayıtmağa başlanması, Azərbaycan ordusunun qüdrətinina artması, ölkə başçısının sərhəd bölgələrində olması, hərbiçilərin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı proqramının davamlı şəkildə həyata keçirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, ümumilikdə qeyri-neft sektorunun inkişafı, struktur islahatlarının aparılması ilə bağlıdır. Bütün bunlar bizim xaricdə olan düşmənlərimizi, xüsusilə erməniləri narahat edir. Ona görə də buradakı əlaltılarını qızışdırıb ortaya çıxarmağa çalışırlar ki, iğtişaş yaratsınlar. Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. İctimai-siyasi sabitlik olan yerdə inkişaf gedir. Əgər bu yoxdursa, istənilən qədər təbii sərvətin olsa belə nəticəsi yoxdur. Bu baxımdan ölkədə möhkəm ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi var. Bütün Azərbaycan xalqı ölkə başçısını dəstəkləyir. Bu isə onları narahat edir. Bunun nəticəsi olaraq da ayrı-ayrı bəhanələrlə ortalığı qızışdırmağa çalışırlar. Təbii ki, xaricdən aldıqları pulların hesabına bunu edirlər”. /Azvision.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar