`Psixoloji yardım haqqında` qanun layihəsi hazırdır
18.01.2017 943 0.0 0

Uzun zamandır plenar müzakirələri ləngiyən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır.

 

Məlumata görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci il yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, artıq müvafiq qurumlardan gözlənilən rəylər də alınıb: “Sonuncu Təhsil Nazirliyinin rəyi idi, artıq onu da almışıq. Qanun layihəsi hazırdır və bu sessiya plenar iclasa tövsiyə edərək qəbul edə bilərik. Psixoloji yardımla bağlı məsələlər Azərbaycanda o qədər aktualdır ki, hələ biz bu məsələdə bir qədər gecikmişik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar