`Nemtsovu Allah rizası üçün öldürdüm` - Yeni video yayıldı
20.04.2017 1035 0.0 0

Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən çeçen Zaur Dadayevin istintaq zamanı çəkilən videogörüntüləri yayılıb. Qazeta.info AzVision.az-a istinadla bildirir ki, Dadayev ilkin ifadəsi zamanı Nemtsovu qətlə yetirdiyini etiraf etsə də, sonradan təzyiqlərə məruz qalaraq qətli üstünə götürdüyünü demişdi.

Bu gün yayılan görüntülər isə onun dediklərini tamamilə təkzib edir. Dadayev sərbəst ifadə zamanı Nemtsovu Allah rizası üçün öldürdüyünü deyib. O, törətdiyi qətlə görə heç kimdən pul almadığını söyləyib.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov 2015-ci ilin fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar