`Neftçi`nin sabiq qapıçısı güllələnib
14.02.2017 1155 0
“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç xoşagəlməz hadisənin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, bir müddət Azərbaycan yığmasında da çalışmış serbiyalı məşqçi vətənində silahlı qalmaqala düşüb.
Hadisə Serbiyanın paytaxtı Belqradda kafelərin birində yaşanıb. Səhərə yaxın yaşanan qalmaqal zamanı Miçoviçin bir neçə nəfəri döydüyü iddia olunur. Bu da əks tərəfin silahlı cavabı ilə nəticələnib.
Atışma nəticəsində üç nəfər yaralanıb. Onlardan biri də Miçoviçdi. Qapıçı ilə yanaşı, Vladimir Miloyeviç və Azərbaycan vətəndaşı Yaşar Ustanov da xəsarət alıb. Kafedə olan daha iki nəfər dava-dalaş zamanı başından yaralanıb. Hadisə yerinə gələn polis araşdırma aparır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər