`Nardaran işi` ilə bağlı məhkəmə davam etdirilib
13.02.2017 695 0.0 0

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildirərək, özlərini təqsirli bilməyiblər.

 

Sonra təqsirləndirilən Eldar Bünyatov ifadə verərək günahsız olduğunu deyib. O qeyd edib ki, heç vaxt dövlətçiliyə qarşı çıxmayıb.

 

 

Prosesdə Cabir Əliyev və Mübariz İbrahimovun vəkili Bəhruz Bayramov vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslərin üzərində tapılan silahlar haqqında istehsal olunan zavoda sorğu verilməsini istəyib.

 

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

 

Proses fevralın 20-də davam etdiriləcək.

 

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

 

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar