`MTN işi`də adı keçən qadın həbsxanada ölüb
12.12.2016 978 0
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.
Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.
Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.
Onu da qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər