`Mossad`a casusluqda ittiham olunan iranlı ölümə məhkum edilib
24.10.2017 756 0.0 0

İranda İsrail dövlətinin kəşfiyyat orqanlı olan “Mossad”a casusluqda ittiham edilən şəxs edama məhkum olunub.

 

Məlumata görə, bunu Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi deyib. O bildirib ki, prokurorluğun təqdim etdiyi cinayət işi əsasında məhkəmə bu işi araşdırıb: “Qeyd olunan şəxs “Mossad”la əməkdaşlıqda ittiham olunurdu. Onun törətdiyi cinayətlərdən biri ölkənin hərbi və nüvə tədqiqatları proqramında çalışan 30-a yaxın şəxsin məlumatlarını “Mossad”a çatdırmaqdır. Həmin şəxslərin arasında terror nəticəsində şəhid edilən iki nüvə aliminin də adı var idi”.
 

Prokuror qeyd edib ki, edama məhkum olunan şəxs “Mossad”ın 8 zabiti ilə görüşüb və İranın nüvə proqramı, hərbi bazaları barədə məlumatları onlara ötürüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar