`Maşın Şou`da meyxanaçıların dueli - UDUZAN SAMİRƏ OLDU
12.10.2017 1027 0.0 0

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun növbəti günündə səsvermə kürsüsünə meyxanaçı-müğənni Samirə Yusifqızı çıxarılıb.

 

APA TV-nin məlumatına görə, o, səs toplayacağı təqdirdə, həmkarı Vüqar Əbdülovu oyundan kənarlaşdıracağını bildirib.

 

Şounun sonuna az qalmış Murad Dadaşov Samirə Yusifqızının oğlunun studiyaya zəng etdiyini və anasının mövqeyini dəyişməsini, Vüqarı çıxarmamasını xahiş etdiyini bildirib. Qısa tərəddüddən sonra xanım meyxanaçı oğlunun xahişini nəzərə alacağını bildirib. Mehriban Xanlarova və Vüsalə Kərimova isə buna kəskin etiraz ediblər.

 

Samirə Yusifqızı təzyiqlərə dözməyərək Vüqarı heç bir halda uzaqlaşdırmayacağını bildirib. Amma nəticədə şounu tərk edən özü olub. Səsvermə nəticəsində tamaşaçıların əksəriyyəti Samirə Yusifqızının getməsinə səs veriblər.

 

Şouda sənətçinin oyunla bağlı ittihamları diqqət çəkib. O bildirib ki, yarışmadakı səsverməyə Murad Dadaşov nəzarət edir. Samirənin reklam fasiləsində işlətdiyi bu fikirlərə şoumen etiraz edib: “Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsa idi, proqram bu qədər davam etməz, sevilməzdi”.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar