`Maşın Şou`da görünməmiş hadisə
11.10.2017 3276 0.0 0

“Maşın” realiti şousunun ikinci günündə səsvermə kürsüsünə müğənni Nazim Pişyari çıxıb.

 

APA TV-nin məlumatına görə, amma məlum olub ki, Nazimin ora çıxmasına ehtiyac yoxdur. Çünki Nazim bilmədən əlini maşından çəkib.

 

Beləliklə, Faytonçu Nazim şounu tərk edib. Bu səbəbdən "Maşın Şou"nun tarixində ilk dəfə olaraq canlı yayımda təkrar səsvermə keçirilib. Bu dəfə iştirakçılar xalq artisti Arif Quliyevi səsvermə kürsüsünə çıxarıblar.

 

Səsvermə müddətində şounun aparıcısı dəfələrlə növbəti hədəfin kim olduğunu soruşsa da, Arif Quliyev ad çəkmək istəməyib. Yalnız şounun sonuna yaxın meyxanaçı Vüqarı hədəf göstərib. Nəticə isə belə olub. Xalq artisti səs toplasa da, şounu tərk etmək istəyib. Lakin digər iştirakçıları etirazından sonra oyunda qalıb və heç kimi uzaqlaşdırmayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar