`Mançester Yunayted` Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb
11.02.2022 468 0.0 0

İngiltərənin "Mançester Yunayted" klubu əsas komandanın hücumçusu Kriştiano Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb.

Məlumata görə, bu barədə "Sportbible" öz "Twitter" səhifəsində xəbər verib.

Xatırladaq ki, İngiltərə çempionatının 24-cü turunun matçında "Mançester Yunayted" "Bernli" ilə heç-heçə edib(1:1). K.Ronaldo matça ehtiyat oyunçular skamyasında başlayıb və 68-ci dəqiqədə meydana daxil olub. Bu görüşdə portuqaliyalı fərqlənə bilməyib.

K.Ronaldo ardıcıl 5 matçdır ki, qol vura bilmir. Son dəfə o 2010-cu ildə "Real"da (Madrid) çıxış edən zaman 5 oyun qol vura bilməmişdi./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar