Vəkil Təranə Əliyeva “Lotu Quli” kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumatlara münasibət bildirib.
Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, o, jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən gün azadlığa çıxıb.
Vəkil qeyd edib ki, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var".
O deyib ki, "Lotu Quli"nin vaxtından əvvəl azadlığa çıxması üçün məhkəməyə vəsatət veriblər: "Məhkəmə vəsatətimizi təmin edib və Nadir Səlifov cəzasının dörddə üçünü çəkdiyi üçün azadlığa buraxılması barədə qərar çıxarıb".
Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun ötən gün Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı yayılmışdı.