`Lotu Quli` barəsində beynəlxalq axtarış elan edilib
19.12.2017 1502 0
Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov barəsində axtarış elan edib.
Bildirək ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, o, oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.
Hüquq-mühafizə orqanlarındakı mənbə "Rosbalt"a bildirib ki, istintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması barədə göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.
Məlumatda bildirilir ki, onun barəsində beynəlxalq axtarışa elan edilib. Nadir Səlifovun hazırda Türkiyədə yaşadığı bildirilir. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər