`Jara`da nələr baş verdi? - Fotolar
28.07.2017 1008 0.0 0

Bakıda “Jara” beynəlxalq musiqi festivalının açılışı olub.

Qazeta.info Axşam.az-ın məlumatına əsasən bildirir ki, müğənni-bəstəkar Emin Ağalarovun təşkil etdiyi festival onun sahibi olduğu “Sea Breeze Resort” istirahət mərkəzində “keçirilib.

Bu münasibətlə Rusiyanın bir çox tanınmış ulduzu paytaxtımıza gəlib. Onlar əvvəlcə qırmızı xalı üzərindən keçidlər. Xalıya ilk olaraq Emin əkizləri Əli və Mikayılla birlikdə çıxıb.

Daha sonra bir-birinin ardınca Anita Tsoy, Oleq Qazmanov, Sergey Kojevnikov, Yeqor Krit, Valeriya və başqaları xalı üzərinə çıxıblar. Onlar fotolar çəkdirib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Gecənin aparıcılığını Yuliya Lısenko və Slava Nikitin ediblər. Müğənnilər səhnəyə çıxaraq mahnılar səsləndiriblər. Gecədə Azərbaycan milli rəqsi nümayiş olunub. 
Səhnəyə çıxanlar arasında Azad Şabanov da yer alıb. 
Konsertin ikinci hissəsində aparıcılıq Yana Çurikova və Andrey Malaxova həvalə edilib.

Qeyd edək ki, “Jara” iyulun 30-na kimi davam edəcək. İyulun 28-də festival çərçivəsində qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş musiqi proqramı təqdim olunacaq. Ertəsi gün “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar