`Independent`: Britaniyanın baş naziri Tereza Meyə sui-qəsd hazırlanırdı
06.12.2017 704 0.0 0

Britaniyanın əks-kəşfiyyat xidməti "MI5"in rəhbəri Endryu Parker bildirib ki, təhlükəsizlik xidməti orqanları baş nazir Tereza Meyə qarşı sui-qəsd planının qarşısını alıblar.

Məlumata görə, bu barədə "Independent" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Meyə qarşı sui-qəsd hazırlıq şübhəsi ilə Londonda və Birmingemdə ötən həftə keçirilən reyd zamanı iki nəfər saxlanılıb. Onlara terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edilir ki, sui-qəsdi "islamçılar" hazırlayıblar. Onların planı baş nazirin qərargahında bomba partlayışı, sonra isə bıçaqlı hücumdan ibarət olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar