Məşhur “Anonymous” haker qrupu Üçüncü Dünya Müharibəsinin bu il, ya da uzağı gələn il başlayacağının proqnozunu verib.
Məlumata görə, qrup öz xəbərarlığını YouTube kanalında yerləşdirib. "Qarşıdan gələnlərə hazırlaşın, bu müharibə həm ətraf mühit, həm də iqtisadi səviyyələrdə qlobal dağıntıya səbəb olacaq"-“The İndependent” qəzetinin yazdığına görə qrupun videomüraciətində belə deyilir.
Bunun ardınca videoda qarşıdan qaçılmaz şəkildə gələn müharibənin indi baş verən əlamətlərindən söz açılır. Qrupun fikrincə, dünyanın ayrı-ayrı yerlərində baş verən strateji hərəkətlər müharibənin Koreya yarımadasında başlayacağını göstərir.“Anonymous” bildirir ki, bu müharibədə də quru qoşunlarının olacağına baxmayaraq, Üçüncü Dünya Müharibəsi bundan əvvəlki iki cahan savaşından köklü şəkildə fərqlənəcək.
Hakerlərin sözlərinə görə, bu müharibə daha şiddətli, daha qəddar və daha sürətli olacaq."Bu qlobal nəticələri ilə real bir müharibə olacaq və burada üç superdövlət bir-birinə qarşı duracaq. Başqa ölkələr tərəf seçmək məcburiyyətində qalacaq" – videoda deyilir.
Videoda “Guy Fawkes”-in maskası arxasında gizlənərək danışanın nitqi robot səslənişinə bənzəyir. Videoda deyilir ki, Çinin öz vətəndaşlarını Şimali Koreyanı tərk etməyə çağırması, ABŞ-ın Minuteman III qitələrarası raketlərini sınaqdan çıxarması və Avstraliyaya qoşun yeritməsi təsadüfi deyildir.
Daha sonra aparıcı bildirir: "Çinlilər müharibənin qarşısını almağa çalışırlar, çünki bu ölkəni nəhəng qaçqın axını və iqtisadiyyatın dağıdıcı müharibə nəticəsində xaraba qalması gözləyir.
"Yalnız bu həftə həm ABŞ-a, həm də Şimali Koreyaya onilliklər ərzində mövcud olan gərginliyi eskalasiya etməkdən çəkinmələri üçün dəfələrlə müraciət etmiş Çin rəsmiləri onları bir-birini qıcıqlandırmamağa çağırıblar. Lakin praqmatik çinlilərin də, deyəsən səbri tükənir" – “Anonimous” bildirir.
“Anonymous” bunu da qeyd edir ki, Şimali Koreya ballistik raketlərinin potensial hədəfi və ABŞ-ın müttəfiqi olan Yaponiyanın Pxenyana önləyici zərbələr endirməsi mümkündür.Videoda deyilir ki, "proqnozlaşdırılmayan Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyi özünə şərəf biləcəyini desə də, bu görüşün nə vaxtsa baş tutacağına inanmaq çətindir".
"Lakin əgər prezident Tramp Filippin prezidenti Rodrigo Duterte kimilərinə müraciət edib, onları öz tərəfinə çəkmək istəyirsə, doğrudan da şübhələnməyə dəyər" – hakerlər bildirir.
“Hərçənd hətta Duterte də Trampı müharibədən çəkinməyə çağırıb”-qrup əlavə edib./Virtualaz.org/