`Harvi` qasırğasına 5 kateqoriyadan 4-cüsü verilib
26.08.2017 571 0.0 0

Meksika körfəzində Texas ştatının sahilini bürüyəcəyi ehtimal olunan "Harvi" qasırğasına 5 kateqoriyadan 4-cüsü verilib.

Bu barədə ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzinə istinadən xəbər verilir.

Yerli vaxtla saat 18:00-a olan məlumata görə, qasırğanın mərkəzində küləyin sürəti saatda 215 kilometrə çatır.

Qeyd edək ki, təbii fəlakətlə üzləşəcək rayonlarda 4,6 milyon nəfər yaşayır.

Qasırğanın son 12 il ərzində ən güclü olacağı bildirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar