İstifadəçilər “Google” axtarış sistemini həqiqətə uyğun olmayan məlumatlar yaymaqda günahlandırıblar.
Qazeta.info lent.az-a istinadən məlumat verir ki, şirkətin proqramçıları buna görə üzrxahlıq ediblər və çatışmazlıqları aradan qaldıracaqlarına söz veriblər.
Son zamanlar daha çox istifadəçi müşahidə etməyə başlayıb ki, “Google” axtarış sistemi heç də həqiqətə uyğun olmayan məlumatları verməyə başlayır. Bəzən lazımi məlumatı əldə etmək üçün bir çox səylər göstərmək və çoxlu vaxt sərf etmək lazım gəlir.
Məsələ burasındadır ki, sistem ancaq daxil edilmiş cümlələri təhlil etmir, həmçinin sözləri və söz birləşmələrini də ayrı-ayrılıqda təhlil edir. Bunun üçün də sorğunun nəticələri hər zaman istifadəçinin tələblərinə uyğun gəlmir.
Ancaq “Google” şirkətində istifadəçilərin bütün iradlarını qəbul edirlər. Hazırda moderatorlar bununla bağlı xüsusi filtrlər yaradırlar ki, onlar bütün lazımsız məlumatları ələkdən keçirəcək. Maraqlıdır ki, axtarış sisteminin nümayəndələri hər dəfə bütün iradlara müsbət yanaşır, onları dinləyir və istifadəçilərin köməyinə çatırlar.