`France-Presse` Trampı ilin adamı seçib
21.12.2016 437 0
“France-Presse” agentliyi 2016-cı ilin ən nüfuzlu şəxslərinin siyahısının hazırlayıb.
Məlumata görə, siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp birinci yerdə qərarlaşıb. Reytinqdə ikinci yeri Rusiya prezidenti Vladimir Putin, 3-cü yeri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tutub.
İlk onluğa ABŞ-da prezidentliyə sabiq namizəd Hillari Klinton, Böyük Britaniyanın Müstəqillik Partiyasının keçmiş rəhbəri Naycel Farac, Suriya prezidenti Bəşər Əsəd, ABŞ prezidenti Barak Obama, Roma Papası Fransisk, Nobel mükafatı laureatı Bob Dilan və ABŞ-ın birinci xanımı Mişel Obama da daxil edilib.
Xatırladaq ki, 2015-ci ilin ən nüfuzlu şəxsi Almaniya kansleri Angela Merkel seçilmişdi./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər