`Formula 1`in keçmiş sahibinin qızı qarət olunub
17.12.2019 640 0
"Formula 1"in keçmiş sahibi Beni Ekklstounun qızı Tamara Ekklstounun mənzili qarət olunub.
"The Sun"a istinadən verilən məlumata görə, oğrular Tamaranın evinə girərək zinət əşyalarını aparıblar. Ümumi ziyanın məbləği 67 milyon dollar qiymətləndirilir.
Hadisə vaxtı evin sahibi İngiltərənin paytaxtı Londonda Milad tətillərində olub. Oğrular da məhz bundan yararlanıblar. Onlar mənzilə bağdan girərək, üzük, sırğa, "Cartier"dən 107 min dollarlıq bilərzik götürüblər.
Faktla bağlı araşdırma aparılır./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər