`Fitch` Azərbaycanın reytinqini təsdiqləyib
05.08.2017 683 0.0 0

”Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli reytinqini neqativ proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyin saytına istinadən xəbər verilir.

 

 

 

 

Bundan başqa, agnetlik Azərbaycanın əsas zəmanətsiz xarici və daxili öhdəlikləri üzrə reytinqini də 'BB+' səviyyəsində saxlayıb. Ölkənin maksimal reytinqi də 'BB+' səviyyəsində təsdiqlənib. Qısamüddətli xarici və yerli emitent defoltunun reytinqi ‘B’ səviyyəsində təsdiq edilib, ölkənin milli valyutada zəmanətsiz qısamüddətli səhmlərinin reytinqi isə ‘B’ səviyyəsində saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl “Standard and Poor’s" Reytinq Agentliyi Azərbaycanın suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparıb, Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqini dəyişməyərək müvafiq olaraq 'BB+/B' səviyyəsində, mənfi proqnoz ilə saxlayıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar