`Facebook` istifadəçiləri üçün - VACİB XƏBƏR
20.12.2017 1114 0.0 0

Dünyada məşhur sosial şəbəkə olan “Facebook” istifadəçilərin təhlükəsizliyini daha da gücləndirir.
Qazeta.info olke.az -a istinadla xəbər verir ki, bu barədə “Facebook” şirkəti tərəfindən məlumat verilib. Verilən məlumatda bildirilib ki, şirkət müasir texnologiyaların köməyindən istifadə edərək, “Facebook”da saxta profilləri təyin edəcək. Bununla da, saxta profillərlə mübarizə güclənəcək.

“Müasir texnologiyaların köməyilə istifadəçilərin saxta fotoları müəyyən ediləcək. Əgər kimsə öz profilində başqasının fotosunu qoyacaqsa. Bunu dərhal müəyyən etmək mümkün olacaq. Şəkili qoyulan şəxs “Facebook”da olarsa, bu barədə dərhal ona məlumat veriləcək.Həmin şəxsə bildiriləcək ki, onun fotosu kiminsə profil şəklidir”, - deyə məlumatda bildirilib.
Məlumatda həmçinin bildirilir ki, yeni funksiyalar fotoları tapmaqda kömək edəcək: “Həmçinin sizin tağ edilmədiyiniz fotolar barədə məlumat ala biləcəksiniz. Hansı ki, həmin fotolarda sizin də görüntünüz var. Bununla da, sizin hansı profillərdə şəklinizin olması barədə məlumatınız olacaq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar