İstifadəçilər kütləvi şəkildə “Facebook”u telefon danışıqlarını dinləməkdə ittiham ediblər.
“The Sherbrooke Times”a istinadən verilən xəbərə görə, istifadəçilər bildirirlər ki, sosial şəbəkə əldə etdiyi məlumatlardan öz reklam siyasətində yararlanır.
“Facebook”un vitse-prezidenti Rob Qoldman ittihamlara cavab verib. “Mən “Facebook”da reklama baxıram. Biz sizin mikrofonlarınızdan reklam üçün istifadə etmirik və heç vaxt istifadə etməmişik”, - deyə o, bildirib.
Bəzi istifadəçilər isə qəribə təsadüflərlə qarşılaşdıqlarını deyirlər. “Biz otaq yoldaşlarımızla klinik sınaqlarda iştirak etmək barədə müzakirə aparırdıq. Bir qədər sonra biz “Facebook”da klinik sınaqlar barədə reklam gördük”, - deyə bir nəfər yazıb. Digəri isə qeyd edib ki, evində pişik saxlamaq istəyib: “Mən bu haqda heç nə yazmamışdım. Lakin pişik yeməyi barədə bildirişlər almağa başladım”. /Lent.az/