`Eleanor` Britaniyanı çətin vəziyyətə salıb
03.01.2018 724 0.0 0

“Eleanor” qasırğası Böyük Britaniyada həyat şəraitini çətinləşdirib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, qasırğa səbəbindən İngiltərə, Uels, Şimali İrlandiyada və Şotlandiyanın cənubunda “sarı həyəcan” elan olunub.

Şimali İrlandiyada 12 mindən çox, İngiltərədə 2700, Uelsdə isə 460 ev işıqsız qalıb. Hazırda iri körpülər bağlıdır, şəhərdaxili yollarda isə ağacların aşması səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Xəsarət alanların olduğu bildirilir.

Sinoptiklər qasırğanın yerli vaxtla axşam saat 6-dək davam edəcəyini bildirir. Rəsmilər İngiltərə, Şimali İrlandiya və Uelsdə daşqınların olacağını istisna etmirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar