Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarındakı ticarət nümayəndələrinə elçi diplomatik rütbəsi verilir.
Məlumata görə, Milli Məclisin iclasında bununla bağlı “Diplomatik xidmət haqqında” qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsinə əlavə bənd salınması müzakirəyə çxıarılıb.
Əlavəyə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qaydada (Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndinə uyğun qayda) ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir.
“Pasportlar haqqında” qanuna edilən əlavəyə görə, ticarət nümayəndələri diplomatik pasportla da təmin olunacaq.
Layihələr səsə qoyularaq qəbul edilib. /apa/