`Çilə` məfhumunun dinlə əlaqəsi varmı?
16.02.2017 930 0.0 0

Qadınlarla və körpələrlə bağlı "çilə" məfhumunun dinlə əlaqəsi varmı?

Çilə fars dilində "çehel" sözündən qaynaqlanır, mənası "40" deməkdir. Təsəvvüf aləmində sufilərin 40 gün təriqət tələblərinə uyğun olaraq təlim keçmələrinə də "çilə" deyirdilər. Xalq inamına görə gəlin, eləcə də uşaq dünyaya gətirmiş zahı qadın 40 gün "çilə" dövrü keçirir. Yeni doğulan uşaq da 40 gün çiləli olur.

Milli.Az islam.az-a istinadən bildirir ki, 40 günün tamamında "çiləkəsdi" mərasimi keçirilir. Dini mətnlərdə bununla bağlı hər hansı sübut yoxdur. Ona görə də çilə və çiləkəsdi ayinlərini dinlə bağlamaq yanlışdır. Bunun səbəbi uzun əsrlik tibbi-psixoloji təcrübəyə əsaslanan xalq inancı ola bilər. Belə ki, həyatında yeni mərhələyə qədəm qoymuş qadının 40 gün rahat, cəmiyyətdən uzaq reabilitasiya müddəti keçməsi faydalı ola bilər. Həmçinin, yeni doğulan körpənin 40 gün təcrid olunmuş halda saxlanması onu yad təsirlərdən, yoluxucu xəstəliklərdən qoruya bilər. Ona görə də çilə məfhumunu dini deyil, milli adət-ənənə kimi dəyərləndirmək lazımdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar