`Brent` neftinin qiyməti biraylıq maksimuma çatıb
28.12.2021 442 0
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 1,13% artaraq 1 barelə görə 79,1 dollar təşkil edib.
APA-nin məlumatına görə, sonuncu dəfə "Brent" neftinin qiyməti 79 dollar həddini cari ilin noyabrın 26-da keçib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,3% artaraq 76,55 dollar təşkil edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər