`Barselona` Messi ilə müqavilənin uzadılması haqqında danışıqlar aparır
18.11.2019 595 0.0 0

"Barselona" argentinalı hücumçu və Katalon komandasının kapitanı Lionel Messi ilə müqavilənin uzadılması haqqında danışıqlar aparır.

"Marca"a istinadən xəbər verilir ki, bu barədə "Barselona"nın direktoru Erik Abidal məlumat verib. 

Qeyd edilir ki, cari razılaşma 2021-ci il ilin yayına qədər imzalanıb. Ancaq müqavilənin şərtinə görə, futbolçu artıq 2020-ci ilin yayında komandanı tərk edə bilər.

"Messi bizim üçün əsas oyunçudur. Və onun qüvvədə olan razılaşmadan sonra getmək imkanı var. Ancaq mən bilirəm ki, prezident bir dəfəlik və həmişəlik müqavilə ilə bağlı məsələni həll etmək üçün Lionelin nümayəndələri ilə danışıqlar aparır", - o bildirib.

Messi bütün karyerasını katalon klubunda keçirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar