`Bakı Metropoliteni` işə qəbul elan edir
09.03.2018 1133 0.0 0

 “Baki Metropoliteni” QSC tornaçı peşəsi üzrə işə qəbul elan edib. 

Qazeta.info qurumun mətbuat xidmətinə istnadla bildirir ki, işə qəbul omaq istəyənlərdən aşağıdakı göstəricilər tələb olunacaq.

Vakansiya üzrə tələblər:

Təhsili: İlk peşə-ixtisas üzrə təhsil və ya orta ixtisas təhsilli tornaçı;
İş stajı: 3 ildən yuxarı;
Yaş: 25-45;
Hərbi mükəlləfiyyətli.
Tələblər:

Torna dəzgahının konstruksiyasını, ayrı-ayrı qovşaqların təyinatını bilməlidir. Cizgiyə uyğun pəstahın seçilməsi, patronda pəstahın bərkidilməsi, hissəni emal etmək üçün kəskilərin növünün müəyyənləşdirilməsi qaydaları haqda məlumatlı olmalıdır. Cizgini oxumaq qabiliyyəti olmaqla bərabər, təmizlik sinfi, dəqiqlik dərəcəsi haqda təcrübəsi olmalıdır. Cizgi və ya nümunə əsasında verilmiş hissəni torna dəzgahında mexaniki emal etməyi bacarmalıdır.

Vəzifəsi üzrə bilməlidir:

Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidir.

İş rejimi: 08:00-17:00

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar