`Azercell` şəbəkədəki problemə aydınlıq gətirdi
10.10.2017 656 0.0 0

"Azercell" mobil operatoru bazar ertəsi səhər saatlarından etibarən şəbəkədə yaranan nazaslığı aradan qaldırır.

Qazetainfo bildirir ki, bu barədə Trend-ə şirkətdən deyiblər.

Qeyd olunub ki, texniki problem səbəbindən bir sıra abonentlərdə səs rabitə xidməti ilə bağlı pozuntular müşahidə olunub.

Yaranmış problem bəzi avadanlıqların işi ilə əlaqələndirilir və müvəqqəti xarakter daşıdığı bildirilir. Şəbəkədəli nasazlıq yalnız Bakıda qeydə alınıb:

"Hazırda mühəndislərimiz problemin aradan qaldırılması ilə məşğuldurlar. Şəbəkənin işi yaxın vaxtlarda bərpa olunacaq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar