"Azərbaycan FETÖ ilə mübarizəyə 15 iyul hərbi çevriliş cəhdindən əvvəl başlamışdı. 15 iyuldan sonra isə bu təşkilatın belini qırdı".
Qazeta.info AzVision.az -a istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Anadolu” agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, Azərbaycan FETÖ-ya qarşı mübarizədə həmişə Türkiyənin yanında olub.
“15 iyul hərbi çevriliş cəhdindən sonra Azərbaycanda daha qəti addımlar atıldı. Azərbaycanda ağır zərbə alan FETÖ-nün beli qırıldı. Lakin bunu da yaddan çıxarmaq lazım deyil ki, bu, uzun müddətli mübarizədir. Qardaşlarımız bunlarla müntəzəm olaraq qəti şəkildə mübarizə aparmaq durumundadır. Bu təşkilat yayıldığı hər bir ölkədə təkrar canlanıb ortaya çıxmaq üçün fürsət gözləyən şeytani strukturdur. Yəni mübarizənin axıra qədər aparılması lazımdır. Biz Azərbaycandan bu məsələdə dəstək gördük və dəstəyin davam edəcəyinə heç bir şübhəmiz yoxdur”,-deyə səfir bildirib.