`Azərbaycan dili` imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb
11.04.2017 626 0.0 0

Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.

 

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar