`Arven` qasırğası Böyük Britaniya sahillərinə yaxınlaşıb
26.11.2021 413 0
Böyük Britaniyada sabah "Arven" qasırğası başlayacaq, küləyin maksimal sürəti 120 km/s-a çatır.
Məlumata görə, bu barədə "Sky News" telekanalı xəbər verib.
"Ən çox zərər görəcək bölgələr əsasən sahildə olacaq, onlar 120 km/saata çatan küləklərlə üzləşəcək, bu da nəqliyyatın hərəkətində fasilələrə və səyahət vaxtının uzanmasına, elektrik enerjisinin kəsilməsinə, güclü dalğalara səbəb olacaq", - deyə Böyük Britaniyanın Meteorologiya Bürosunun nümayəndəsi Stiven Dikson bildirib.
Meteorologiya Bürosu ikinci ən təhlükəlidi - "narıncı" fırtına xəbərdarlığı verib. Xəbərdarlıq İngiltərənin şimal-şərqində və Şotlandiyada səhər noyabrın 27-dəkqədər qüvvədə olacaq./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər