`Arsenal` Mxitaryanı yay transfer dövründə satmağa hazırlaşır
25.05.2019 492 0.0 0

İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.

"The Sun" nəşrinə istinadən verilən məlumata görə, "topçular"ın rəhbərliyi 30 yaşlı yarımmüdafiəçinin Premyer Liqada özünün pik formasına çıxa bilməyəcəyini düşünür.

Mxitaryan "Arsenal"a 2018-ci ilin yanvarında "Mançester Yunayted"də 34 milyon avroya keçib. Cari mövsümdə o, 39 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Erməni futbolçunun "Arsenal"la 2021-ci ilin yayınadək müqaviləsi var. O, "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməməyə qərar verib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar