8-ci sinif şagirdi qəflətən ölüb
22.02.2017 1014 0
Masallıda 15 yaşlı məktəbli ölüb.Qazeta.info APA-nın verdiyi məlumata əsasən bildirir ki, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.
Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
İ. Əmənovun atası 6 ay öncə vəfat edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər