7 həyat yoldaşı, 30 uşaq, 400 nəvə
26.08.2015 922 0.0 0

Türkiyədə yaşayan 90 yaşlı kişinin 7 arvadı, 30 uşağı, 400 nəvəsi var.

Məlumata görə, Türkiyənin Osmaniyyə şəhərinin Kadirli bölgəsində yaşayan 90 yaşlı Xəlil Kocabuğanın 7 evliliyindən 30 uşağı 400 nəvəsi var. Xəlil baba nəvələrinin çoxunu görmədəyini söyləyir.

İlbistanlı kəndinin sakini Xəlil Kocabuğanın ilk evliliyi 14 yaşında olub. İlk evliliyindən 3 il sonra yenə başqa biri ilə ailə quran baba bu günə qədər 7 dəfə evlilik edib. Bu günədək ailə münasibətində olduğu xanımlardan ikisi həyatını dəyişib. Hazırda 40 il əvvəl evləndiyi 60 yaşlı Ayşə Kocabuğa ilə bir yerdə yaşayır. Xəlilin 30 uşağından səkkizi müxtəlif vaxtlarda həyatdan köçüblər.


 


Xəlil Kocabuğanın ailəsi haqqında söhbəti

30 uşağının adını tək-tək sayan 90 yaşlı baba nəvələrinin bəzilərini heç görmədiyini deyir. Ən kiçik oğlunun 24, ən kiçik nəvəsinin isə 1 yaşı var. "İndi ən kiçik oğlum və ən kiçik nəvəmlə bir yerdə yaşayıram. Mən çox xoşbəxtəm", - deyə Xəlil Kocabuğa deyib.

Son yoldaşı Ayşe Kocabuğa isə bunları deyib: "Biz 40 ildir ki, evliyik. Məndən 5 uşağı var, 3 qız, 2 oğlan. Biz çox xoşbəxtik".

90 yaşında olmasına baxmayaraq hələ sağlam olduğunu söyləyən Xəlil Kocbuğa sağlamlığını stressdən uzaq, sakit bir həyat, təbii qidalanma və siqaret çəkməməsinə borclu olduğunu da bildirir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar