Xurma pəhrizi ilə həm sağlam, həm də sürətlə arıqlamağın mümkün olduğunu bəlkə də çoxları bilmir. Xurma tərkibindəki dəmir və kalium mineralları sayəsində olduqca qidalandırıcı quru meyvədir. Təbii ki, xurmanın bol miqdarda lif tərkibli olmasını da qeyd etmək lazımdır. Xurma vitamin və mineral baxımından zəngin olduğu üçün sizə aclıq hissi yaşatmayacaq. Əlbəttə ki, sağlamlıq probleminiz varsa, ilk növbədə həkimə müraciət etməyiniz məsləhətdir.
Qazeta.info Lent.az -a əsasən xurma pəhrizi və qaydaları ilə sizi tanış edir.
Səhər, günorta və axşam ara yeməklərində 7 ədəd xurma, yanında bir kasa qatıqla birlikdə yeyə bilərsiniz. 7 gün tətbiq olunduqda bu pəhriz proqramı ilə həftədə 5 kilo arıqlamaq imkanınız var. Hər pəhriz proqramında olduğu kimi, xurma pəhrizində də maye qəbuluna diqqət etməlisiniz.
Pəhriz əsnasında müxtəlif bitki çaylarını şəkərsiz için. Xurma pəhrizi digər pəhriz növlərinin əksinə olaraq, halsızlıq və yorğunluğa səbəb olmur. Tam əksinə, xurma və qatıqda olan vitamin və minerallar sayəsində özünüzü daha rahat, sakit hiss edərsiniz. Pəhriz saxlayarkən hər hansı bir narahatlıq hiss etsəniz dayandırın.