Rusiyanın Başqırdıstan vilayətinin Salavat şəhərində 7 ermənini güllələyənlər arasında azərbaycanlı da olub. Məlumata görə, bunu Rusiyanın ermənilər şurasının Başqırdıstan bölməsi üzrə sədri Arkadiy Dalaryan deyib.
Onun adı və ya saxlanılanların arasında olub-olmaması bəlli deyil.
Onun sözlərinə görə, Salavat şəhərində baş verənlərlə bağlı iki nəfər saxlanılıb. "Səkkiz şübhəli var. İkisi saxlanılsa da, qalanları qaça biliblər. Hüquq mühafizə orqanlarında onların kim olduqlarını bilirlər".
Hadisəyə səbəb iki qrup arasındakı narazılıq olub. Belə ki, ermənilər yolda qalan maşını itələyiblər. Qarşı tərəf onları videoya çəkmək istəyib. Bu isə erməniləri əsəbləşdirib. Mübahisə tərəfləri əvvəlcə dağılsalar da, sonradan yenidən ermənilərə məxsus avtoservisə gələrək atəş açmağa başlayıblar.
Hadisə baş verən ərazi
Baş verən hadisə müşahidə kameralarına da düşüb. Kameralarda 8 nəfər maskalı şəxsin maşınlrla erməni biznesmenə məxsus olan avtoservisə gəldiyi görünür. Bir müddət işəridə atəş açdıqdan sonra gələnlər qaçaraq ərazini tərk edir.
Faktla bağlı araşdırma aparılır. /anspress/