ABŞ-ın Nyu York şəhərində yaşayan altı yaşlı Aleks Prezident Barak Obamaya məktub yazıb.
Məlumata görə, Aleks prezidentə ambulansda Omran Daqnişin qan içində və halsız fotosu ilə bütün dünyaya səs salan görüntülərini xatırladaraq, onun ABŞ-a gətirilməsini istəyib.
“Əziz Prezident Obama, Suriyada ambulansda oturmuş oğlanı xatırlayırsız? Zəhmət olmasa, onu tapıb bizim evə gətirə bilərsinizmi... Biz sizi bayraqlar, güllər və şarlarla gözləyəcəyik. Biz ona ailə bəxş edəcəyik və o bizim qardaşımız olacaq”.
Obama BMT-nin qaçqın böhranı ilə bağlı sammitində Aleksin məktubuna münasibət bildirib:
“Məktub şübhəni və xofu öyrənməmiş uşaqdandır. Biz hamımız daha çox Aleks kimi olmalıyıq. Təsəvvür edin, əgər belə olsaydı, dünya necə olardı. Nə qədər iztirab azalar və nə qədər həyat xilas olardı”, - Obama qeyd edib./Axar.az/