6 dövlət qulluqçusu tədbirdə yatdığına görə cəzalandırılıb
10.02.2017 1062 0.0 0

Çində Hubei əyalətinin 6 məmuru tənbəl dövlət işçilərinin həvəsləndirilməsi üzrə tədbirdə mürgülədikləri üçün cəzalandırılıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının sədri Si Tszinpin ölkədə korrupsiya, israfçılıq və xidməti vəzifənin yerinə yetirilməməsinə qarşı ciddi mübarizəsi fonunda yatmış məmurların şəkilləri ölkə mediasında geniş işıqlandırılıb.

Kommunist Partiyasının İntizam Bürosu məmurları özləri barəsində tənqidi bildiriş yazamağa və ictimai şəkildə hamıdan üzr istəməyə məcbur edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar