Fövqaladə Hallar Nazirliyi 2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən təbii və texnogen mənşəli hadisələrə dair statistikanı açıqlayıb.
Nazirlikdən verilən məlumata görə cari ilin ilk 6 ayı ərzində ölkədə 5581 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% (faiz) çoxdur. Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.
Təbii və texnogen mənşəli hadisələrə aid statistik məlumat
2015-ci ilin I yarımilliyi ərzində respublikamızda 5488 yanğın hadisəsi baş verib ki bu da keçən ilin eyni dövrü ilə müqaisədə 739 fakt çoxdur .
Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 105 nəfər xəsarət alıb.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39% (faiz) çoxdur. Xəsarət alanlar isə 45 nəfər və ya 75% çoxalıb.
Yanğınlara dair statistik məlumat
Partlayışların sayına gəlincə 2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər xəsarət alıb./anspress/
Partlayışlara dair statistik məlumat