5 yaşlı oğlan bacısını öldürdü
18.04.2016 684 0
Məlumata görə, hadisə Pensilvaniya ştatının Filadelfiya şəhərində qeydə alınıb. Belə ki, 5 yaşlı oğlan bacısının üz nahiyəsinə tapançadan atəş açaraq onu ölümcül yaralayıb. 4 yaşlı uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə gələn həkimlər azyaşlı qızın həyatını xilas edə bilməyiblər.
Polis çavuşu Erik Qripp qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə zamanı evdə böyüklərdən kimin olmasını araşdırır. O, həmçinin əlavə edib ki, tapança uşaqların anasının dostuna məxsusdur.
Silah polis tərəfindən maddi sübut kimi götürülüb, kişi isə axtarışa verilib./xezerxeber.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər