52 yaşlı «qanuni oğru» saxlanıldı-VİDEO
19.04.2016 721 0
Dünən Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşları tərəfindən 52 yaşlı “qanuni oğru” saxlanılıb.
Rusiya KİV-lərinə istinadən verilən xəbərə görə, kriminal aləmdə Qiya Beremena ləqəbilə məşhur olan “qanuni oğru” Georgi Beriyev (Beriaşvili) dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. “Qanuni oğru” barədə cinayət işi başladılıb.
Xatırladaq ki, ötən ilin dekabrında “Persona non-grata” olan gürcü “qanuni oğru” Yaroslavlda saxlanılıb və Rusiya ərazisindən deportasiya olunub. Beriaşvilinin Rusiyaya girişinə ömürlük qadağa qoyulub. Lakin buna baxmayaraq fevralın 29-da “qanuni oğru” geri qayıdıb. Əgər Beriyevin günahı sübut olunsa, onu 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir./AzNews.az /
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər