4 gün iş olmayacaq
07.08.2015 934 0.0 0

Azərbaycanın məşğul vətəndaşları 4 gün işə getməyəcəklər.

Məlumata görə,  Qurban Bayramı ilə əlaqədar dörd gün qeyri-iş günü sayılacaq.

2015-ci il Azərbaycanda Qurban bayramı ilə əlaqədar  Azərbaycanda 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən bildirilib ki, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.

Bu haqda Nazirlər Kabineti (NK) xəbər verib. NK-nın “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i qeyri-iş günüdür. 

Növbəti iki gün - 26-27 sentyabr şənbə və bazara təsadüf edir. Beləliklə, sentyabrda 4 gün qeyri-iş günü olacaq.

Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar