46 nəfər zibilin qurbanı oldu
13.03.2017 776 0.0 0

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində çox sayda insan ölüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ən son məlumatlara görə, həlak olanların sayı 46 nəfərə çatıb.

İlkin məlumatda hadisə zamanı 35 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı bildirilirdi.

Şəhərin hakimiyyət orqanlarının nümayəndələrinin mediaya verdiyi məlumata görə, ölənlərin çoxu uşaqlar və qadınlardır. Sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfərin olduğu bildirilir.

Hakimiyyət təmsilçiləri ölənlərin sayının artacağını istisna etmirlər. Qeyd edək ki, zibilliyin olduğu ərazidə onlarla adam gecəqondularda məskunlaşıb. Burada şəhərin ən kasıb sakinləri yaşayır.

Efiopiya paytaxtındakı nəhəng zibilliyin olduğu əraziyə artıq 50 ildir məişət tullantıları atılır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar