3 kürd millət vəkili and içmədi
24.06.2015 628 0
Ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 25-ci çağırış millət vəkilləri and içərək vəzifələrinin icrasına başlayıblar.
Məlumata görə, sadəcə Xalqın Demokratiya Partiyasının (HDP) üzvü olan 3 kürd millət vəkili and içməyib. Bu barədə məlumatı HDP qrupunun vəkilləri Pərvin Buldan və İdris Baluken yayıb.
Bildirilir ki, Muş millət vəkili Əhməd Yıldırımın qaynatası öldüyü üçün, Adana millət vəkili Rıdvan Turan əməliyyat olunduğu üçün və Bitlis millət vəkili Mizgin İrqatın anası və bacısı yol nəqliyyat qəzası keçirdiyi üçün həmin şəxslər andiçmə mərasimində iştirak etməyiblər. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər